- Baxış sayı: 105
- 05 Yanvar 2026 23:19
- Baxış sayı: 300
- Yanvar 05, 2026
- 0

“Tottenhem”in qadın komandası isveçli hücumçu Matilda Nildeni heyətinə qatıb.
Allsport.az xəbər verir ki, 21 yaşlı futbolçunun transferi sosial şəbəkələrdə böyük maraq doğuraraq rekord sayda baxış toplayıb.
Matilda İsveçin “Hekken” klubundan transfer olunub və London təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb. Gənc oyunçu cari mövsümdə İsveç çempionatında çıxış etdiyi 25 oyunda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Maraqlıdır ki, Matildanın bacısı Amanda Nilden də hazırda “Tottenhem”in müdafiəçisidir.

