Qadın olimpiyaçılarımızın uğur zolağı Paris-2024-də qırıldı!

Odlar yurdunun qadın idmançılarının Sidney-2000-dən başlayan uğur sıralaması 24 ildən sonra qırılıb. Allsport.az saytı xəbər verir ki, bu, Paris-2024-də baş verib. Çağdaş Azərbaycan idmanı tarixində ilk qaranquş Zemfira Meftəhəddinova olub. O, stend atıcılığının skit növündə olimpiya qızılı qazanıb. O, Afina-2004-də bu proqramda gümüş medalı son anda əldən qaçırmışdı. Onunla yanaşı, güllə atıcısı İradə Aşumova da 3-cü yer tutmuşdu və o da baş mükafatı axır andan əldən vermişdi.

Maraqlı məqam odur ki, onlardan savayı, digər mükafata yetişən qadın olimpiyaçılarımız legionçular olub. Bu snayperlərimizin sovet məktəbinin yetirməsi olduğunu nəzərə alsaq, hələ də müstəqil Azərbaycanın yetişdirdiyi qadın idmançı yay olimpiya oyunlarında fəxri kürsüyə qalxmayıb.

Qadınlarımız indiyədək 7 dərəcədə (atıcıq (güllə, stend), güləş, avarçəkmə (kanoe), taekvondo, karate və cüdo) cəmdə 13 medala sahib çıxıblar: 1 qızıl, 3 gümüş, 9 bürünc.
Medalların əyarı baxımından Sidney-2000, say cəhətdən Rio-2016 xanımlarımıza zirvə olub. Ən çox qadın iştirakçımız da Paris-2024-ə təsadüf edib: 21.

Sidney-2000

🥇Zemfira Meftahəddinova (stend atıcılığı, dairəvi)

Afina-2004

🥉Zemfira Meftahəddinova (stend atıcılığı, dairəvi)
🥉İradə Aşumova (güllə atıcılığı, pnevmatik tapançadan 25 m məsafəyə)

Pekin-2008

🥉Mariya Stadnik (qadın güləşi, 48 kq)

London-2012

🥈 Mariya Stadnik (qadın güləşi, 48 kq)
🥉 Yuliya Ratkeviç (qadın güləşi, 55 kq)

Rio-2016

🥈Mariya Stadnik (qadın güləşi, 48 kq)
🥉Nataliya Sinişin (qadın güləşi, 53 kq)
🥉İnna Osipenko-Radomska (kanoe, 200 m)
🥉Patimat Abakarova (taekvondo, 49 kq)

Tokio-2020

🥈İrina Zaretska (karate, +61 kq)
🥉Mariya Stadnik (qadın güləşi, 50 kq)
🥉İrina Kindzerska (cüdo, +78 kq)

Həmin kateqoriyadan