- Baxış sayı: 48
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 179
- Fevral 08, 2026
- 0
Qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsində 2-ci dövrə başlayıb. Allsport.az saytı xəbər verir ki, “B” qrupunda yer alan Azərbaycan millisi Fransada Monteneqro ilə qarşılaşıb. Renn şəhərində baş tutan görüşdə Faiq Qarayevin komandası sevinib – 3:0 (25:12, 25:21, 25:19).
Bu qrupun digər matçında ev sahibələri ispaniyalı həmkarlarını 3:2 hesabı ilə üstələyib. Qızlarımız növbəti oyunu elə bu kollektivə qarşı keçirəcək
Turnir cədvəli: Azərbaycan – 12 xal (12-1), Çernoqoriya – 5 (6-8), Fransa – 8 (7-11), İspaniya – 3 (6-11) .