- Baxış sayı: 28
- 05 Dekabr 2025 10:00
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Qadın şahmatçılardan ibarət Azərbaycan yığması Naftalan şəhərində növbəti təlim-məşq toplanışına başlayıb.
Allsport.az xəbər verir ki, əsas məqsəd komandalar arasında Avropa çempionatına hazırlıqdır.
Bir həftə ərzində Azərbaycan komandası dünya kubokunun yarımfinalçısı Nicat Abbasov və üçqat Avropa çempionu Qədir Hüseynovun rəhbərliyi altında məşqlərdə iştirak edəcək.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Ayan Allahverdiyeva dəvət olunub. İlahə Qədimova kapitan olaraq təsdiqlənib.
Komandalar arasında Avropa çempionatı 4-15 oktyabrda Gürcüstanın Batumi şəhərində keçiriləcək.