Qadınları zorladığını boynuna almasa da, Bakıya səfəri artıq mümkünsüzdür

İki qadını zorlamaqda təqsirləndirilən Uels millisinin baş məşqçisi Rayan Giqqz məhkəmə qarşısına çıxıb. Allsport.az xəbər verir ki, Mançesterdə keçirilən məhkəmədə uelsli mütəxəssis ittihamları qəbul etməyərək günahsız olduğunu deyib. 

Məhkəmənin növbəti prosesi mayın 26-da keçiriləcək. 

Ötən ilin noyabr ayında Giqqzin Vorslidəki evində indisent yaşanıb. O, keçmiş rəfiqəsi Keyt Qrevvilə və 20 yaşlı digər xanıma bədən xəsarətləri yetirməkdə günahlandırılır.

Giqqz bu qalmaqal səbəbindən Uels millisi ilə Avropa çempionatına yollanmayacaq. Britaniya təmsilçisi “A” qrupunda Türkiyə və İsveçrə ilə oyunlarını Bakıda keçirəcək.

Həmin kateqoriyadan