- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında 2-ci dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, Azərbaycanla birlikdə 12 ölkədən gələn atletlərin qatıldığı yarışda yaşı 17-dən çox olan qadınlar medal mübarizəsinə qoşulublar.
Təcrübəli atletlərin yarışı izləmək xoş oldu. Son yanaşmaya qədər gedən qızıl medal “döyüşü”ndə qalib adını Natalya Prişepa qazandı. “Kişinyov-Zirvə” atleti 232 kq (107+125) nəticə göstərərək 278.4 Sinkleyr xalı topladı və fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.
Gümüş medal “Abşeron-Zirvə” atleti, gənclər arasında Avropa çempionu Anastasiya İbrahimliyə qismət oldu. O, 220 kq (95+125) nəticə göstərdi və 272.8 Sinkleyr xalı ilə ikinci yerə sahib çıxdı.
Bürünc medalı “Jidaçiv-Zirvə” atleti Anastasiya Qotfird əldə etdi. Goranboylu atleti Məhərrəməova Mərziyyəni yalnız 0.8 xal qabaqlayıb ukraynalı idmançı, 222 kq (105+117) nəticə və 244.9 xalla üçüncü pillədə qərarlaşdı.