Qadınların mübarizəsində son qızıl medal moldovalıya qismət oldu

“Zirve İnternational Sport Clubs” çərçivəsində klublarası ilk dünya çempionatının final mərhələsində qadınlar medal mübarizəsi başa çatıb. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, zərif cinsin nümayəndələrindən son olaraq yaşı 20-dən çox olan atletlər qalibləri müəyyənləşdirməyə çalışıblar.

Türkiyənin paytaxtındakı “Altunpark-Axarsu” İdman Kompleksinin yarış zalında keçirilən çempionatın bu yaş qrupunda moldovalı atlet Natalya Prişepa hamını üstələyib. O, 230 kq (105+125) nəticə və 290.28 Sinkleyr xalı ilə qızıl medala sahib çıxıb.

İkinci yeri Bolqarıstandan Milka Maneva tutub. “Smolyan-Zirvə” təmsilçisi 205 kq (90+115) nəticə və 279.18 xalla gümüş medal qazanıb. Fəxri kürsünün son pilləsinə isə həmyerlimiz Anastasiya İbrahimli çıxıb. “Abşeron-Zirvə” klubunun nümayəndəsi 201 kq (89+112) nəticə və 267.45 xalla bürünc medalı boynundan asmaq hüququ qazanıb.

Həmin kateqoriyadan