“Qalan müddətdən maksimum istifadə etməliyik”

“İyulun 6-dan hazırlığımızı Ərzurumda davam etdiririk. Gün ərzində 2 məşq keçirik. Futbolçular günün birinci yarısında fitnes-zalda, ikinci məşqi isə meydanda reallaşdırır. Bu ilk yoxlama oyunumuz idi”.

Allsport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev yoxlamaya oyununda “Bayburtspor”u 14:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Baş məşqçi rəqibinin nəyə qadir olduğu barədə məlumatlı olduqlarını söyləyib: “Ona görə də bütün futbolçuları sınamaq və oyun ritminə gətirmək istəyirdik. Məqsədimiz yeni futbolçuların komandaya uyğunlaşması, xətlərarası əlaqənin yaxşılaşdırılması idi. Bu cür oyunlarda nəticə yox, meydana çıxan futbolçuların verilən tapşırıqları nə dərəcədə icra etməsidir. Hər kəs istəkli idi. Çalışmalarımız davam edir. Rəsmi oyuna qədər olan müddətdən maksimum istifadə etmək və hazır olmaq istəyirik”.

“Araz-Naxçıvan” iyulun 11-də “Alanyaspor”, 17-də isə “Trabzonspor” ilə qarşılaşacaq.

Həmin kateqoriyadan