- Baxış sayı: 18
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

Zəlzələdən zərər çəkənlər üçün Azərbaycanda “Qarabağ”la xeyriyyə oyunu keçirən “Qalatasaray”, Türkiyə futbol federasiyasına türk dövlətlərinin oyunçuları ilə əlaqədar təklif göndərəcək. Allsport.az xəbər verir ki, “aslanlar” həmin ölkələrdən olan oyunçuların superliqada legionçu sayılmaması üçün hesabat hazırlayır.
Braziliya və Portuqaliya arasındakı anlaşmaya görə, hər 2 ölkə vətəndaşları bu ölkələrdə vizasız hərəkət edə, işləmə icazəsi olmadan çalışa bilərlər. Bu razılaşma futbolçulara da təsir edir. Ona görə İstanbul klubu TFF-yə bunu nümunə göstərəcək.