- Baxış sayı: 28
- 16 Dekabr 2025 13:45
- Baxış sayı: 450
- Dekabr 15, 2025
- 0

Əfsanəvi futbolçu Georgi Haci “Qalatasaray”a niyə transfer olunduğunu açıqlayıb. Allsport.az xəbər verir ki, sarı-qırmızılı komandanın keçmiş legionçularında biri olan rumıniyalı futbolun ən böyük dəyərlərindən biridir. O bu komandaya üstünlük verməsinin səbəbindən danışıb:
“”Qalatasaray”ı seçdim, çünki onlar Avropaya meydan oxuyacaq komanda qurmaq istəyirdilər. Həm də Türkiyə Rumıniyaya çox yaxın idi və mənim futboldan sonra evə getmək fikrim var idi” deyib.
O, 1996-2002-ci illərə qədər aslanların şərəfini qoruyub. Haci 4 liqa çempionluğu, UEFA kuboku və super kubok qazanmasında böyük rol oynayıb.
2002 mövsümündən sonra peşəkar futbolçu karyerasını başa vurub. 24 aprel 2001-ci ildə Rumıniya milli komandasının heyətində sonuncu dəfə Buxarestdə keçirilən yubiley matçında dünya komandası ilə qarşılaşıb. O, futbolla vidalaşdıqdan sonra Rumıniya millisinə baş məşqci keçib.