“Qalatasaray”ın yeni hədəfi

“Qalatasaray”, “Atletiko Madrid”in yarımmüdafiəçisi Tyaqo Almadanı qış transfer siyahısına əlavə edib.

Allsport.az xəbər verir ki, İstanbul nəhəngi İspaniyada çətin günlər keçirən argentinalı futbolçunun vəziyyətini yaxından izləyir.

Ötən yay “Botafoqo”dan 21 milyon avroya transfer edilən 24 yaşlı Almada Madriddə gözlənilən təsiri yarada bilməyib. O, “Atletiko”da keçirdiyi 18 oyunda cəmi 2 qol və 1 ötürmə ilə yadda qalıb.

Madrid klubunun oyunçu ilə bağlı danışıqlara açıq olduğu, “Qalatasaray”ın isə rəsmi təklifə hazırlaşdığı bildirilir.

Həmin kateqoriyadan