- Baxış sayı: 34
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 36
- Noyabr 25, 2024
- 0
Xəbər verdiyimiz kimi, sambo millimiz Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatından uzaqlaşdırılıb. Allsport.az saytı xəbər verir ki, 71 kq-da finalda rusiyalı Məhəmməd Hacıyevlə qarşılaşan Emil Həsənov, 2:0 hesabı ilə qalib gəlməsinə rəğmən, görüşün sonuna 30 saniyə qalmış hakimin səhv qərarı nəticəsində uduzub. ASF-dən redaktor.az-a verilən məlumata görə, qarşı tərəf sonradan yanlışlığı düzəltsə də, bu, bizimkiləri qane etməyib:
“Bundan sonra milli komandamızın məşqçiləri məsələyə müdaxilə ediblər. Azərbaycan sambo federasiyasının prezidenti Ceyhun Məmmədov özü şəxsən Avropalı həmkarı Sergey Yeliseyevlə birlikdə manitorda təkrara baxıb. Məlum olub ki, həqiqətən də referi idmançımızla bağlı səhv qərar verib. Bundan sonra bizə təklif etdilər ki, Emil Həsənova kənarda 2-ci qızıl medal veriləcək, lakin fəxri kürsüyə rusiyalı idmançı çıxacaq, Rusiyanın dövlət himni səsləndiriləcək.
Biz bununla razılşamadıq və bildirdik ki, haqqımız olan qızıl medalı fəxri kürsüdə, 28 May respublika günündə dövlət himnimizin səsləndirilməsi, bayrağımızın qaldırılması şərti ilə istəyirik. Razılaşmadıqları üçün samboçularımız yarışlara çıxmaqdan imtina etdilər. Bu səbəbdən də təşkilatçılar Azərbaycan komandasının yarışdan uzaqlaşdırılması barədə qərar çıxarıb”.
Qalmaqala Bakı şəhər gənclər və idman baş idarəsi dərhal reaksiya verib. BŞGİBİ-nin rəisi Raqif Abbasov deyib ki, baş verənlər samboçularımıza, yığmanın kapitanı və məşqçilərinə, ümumlikdə Azərbaycan sambo federasiyasına qarşı ədalətsizlikdir:
“Azərbaycanın idman siyasətinə cavabdeh olan dövlət qurumları sambo federasiyasının və idmançılarımızın yanındadır, ortaq hərəkət edirik. Təbii, idman yarışlarında hakim səhvləri olur. Əsas odur ki, biz idmançılarımızın yanındayıq, Sambo Federasiyasına dəstəyimizi əsirgəmirik. Bu baxımdan Avropa sambo federasiyasına rəsmi etiraz mövqeyi çatdırılıb. Onlara bildirdik ki, hər hansı diskualifikasiya mümükün deyil. Çünki ortada buna əsas verən heç bir hadisə yoxdur. Bəlli normalar və etik qaydalar var. İdmançımız bunların heç birini pozmayıb. Sadəcə olaraq döşəkdən çıxmayıb ki, bu da qəbul olunmuş etiraz formasıdır.
Azərbaycan sambo ailəsinin üzvüdür, bu idman növünün inkişafında maraqlı olan ölkədir. 1-ci Avropa oyunlarında məhz Azərbaycanın dəstəyi ilə sambo idman növü yarışmaya daxil edilmişdi. Bundan sonra sambo yeni mərhələyə qədəm qoydu. Diskvalifikasiyaya gəlincə, kapitana qarşı ədalətsizliyə haqqlı olaraq digər idmançılarımız da öz etirazını bildirib.
Bu uşaqlar pandemiya dövründə 1 ildən çoxdur məşq edirlər, sözü gedən yarışa hazırlaşırlar. Belə ədalətsizlik etmək doğru deyil”.