Qapıçı səhv etdi, hücumçu bundan istifadə etdi – VİDEO

Yanvarın 4-də Portuqaliya çempionatının 17-ci turu çərçivəsində keçirilən matçda “Portu” səfərdə “Santa-Klara”nı minimum hesabla (1:0) məğlub edib.

Allsport.az xəbər verir ki, qarşılaşmanın taleyini həll edən yeganə qol meydan sahiblərinin qapıçısı Qabriel Batistanın kobud səhvi nəticəsində vurulub. Belə ki, qapıçı topu oyuna daxil edərkən onu rəqib hücumçusu Samu Omorodiona “hədiyyə” edib. İspaniyalı oyunçu bu fürsətdən maksimum yararlanaraq topu boş qapıya göndərib.

Bu qələbədən sonra Françesko Fariolinin rəhbərlik etdiyi “Portu” turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. Hazırda “əjdahalar” ən yaxın izləyiciləri olan “Sportinq”i 4, “Benfika”nı isə 7 xal qabaqlayırlar.

Həmin kateqoriyadan