- Baxış sayı: 20
- 06 May 2026 14:38
- Baxış sayı: 103
- May 05, 2026
- 0

“Bavariya”nın hücumçusu Harri Keyn bundesliqada dekabrın ən yaxşı futbolçusu seçilib.
Allsport.az xəbər verir ki, ötən ay keçirilən üç matçda 5 qol vuran ingiltərəli forvard, səsvermədə komanda yoldaşları Maykl Olise, Yosip Stanişiç, həmçinin Patrik Vimmer (“Volfsburq”), Yan Diomande (“Leypsiq”) və Kristof Baumqartneri (“Leypsiq”) geridə qoyub.
Keyn 2023-cü ilin avqustunda Münhen klubunda debüt etdikdən sonra bundesliqada 100 məhsuldar xal (qol + ötürmə) həddinə çatan tarixin ən sürətli futbolçusu kimi yeni rekorda imza atıb.