- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

“Liverpul” irqçiliklə mübarizəyə həsr olunmuş “Show Racism the Red Card” kampaniyası çərçivəsində “Enfild” stadionunda şagirdlər üçün maarifləndirici görüş təşkil edib.
Allsport.az xəbər verir ki, tədbirdə klubun tarixinə düşmüş ilk qaradərili futbolçular — Con Barns, Mark Volters, Hovard Qeyl, Maykl Tomas və Kerri Devis iştirak ediblər. Veteran oyunçular panel müzakirələri zamanı gənclərə bərabərlik və dözümlülük prinsiplərinin əhəmiyyəti barədə məlumat verib, qarşılaşdıqları irqi ayrı-seçkilik halları ilə bağlı təcrübələrini bölüşüblər.
“Red Together” layihəsi çərçivəsində keçirilən aksiya zamanı məktəblilər həm də klubun bu sahədəki irsinə həsr olunmuş xüsusi sərgi ilə tanış olublar.