- Baxış sayı: 133
- 08 May 2026 23:17
- Baxış sayı: 173
- May 08, 2026
- 0

“Əl-Nəsr”in ulduz hücumçusu Kriştianu Ronaldu Səudiyyə pro liqasının XIV turunda “Əl-Qadisiya”ya məğlubiyyətdən (1:2) sonra azarkeşlərinə ruhlandırıcı ismarış ünvanlayıb.
Allsport.az xəbər verir ki, portuqaliyalı forvard öz “X” sosial şəbəkə hesabında mübarizəyə davam edəcəklərini vurğulayıb: “Bu mübarizə hələ bitməyib. İşləməyə davam edirik və birlikdə uğur qazanacağıq!”. Matçda komandasının yeganə qolunu penaltidən vuran 40 yaşlı futbolçu, bu qolla karyerasındakı rəsmi qollarının sayını 958-ə çatdırıb.