- Baxış sayı: 3
- 03 Avqust 2026 23:06
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

AFFA-nın apellyasiya arbitraj tribunalının növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, yığıncaqda 3 klubun şikayətinə baxılaraq, müvafiq qərarlar qəbul edilib.
Region liqasında çıxış edən “Ağsu Siti”, “Hacıqabul” və “Lokomotiv Baku” klubları tərəfindən verilən apellyasiya şikayəti təmin edilib. Hər 3 klubun öz oyunlarının baş tutmamasında təqsiri olmadığı müəyyən edilib.
“Ağsu Siti” – “Ağcabədi”, “Lokomotiv Baku” – “Kristal” oyunları təhlükəsizlik təminatı olmadığına, “Hacıqabul” – “Ucar” matçı həkimlə təmin edilmədiyinə görə baş tutmadığı üçün, meydan sahibi komandalara texniki məğlubiyyət verilməsi barədə AFFA intizam komitəsinin qərarları ləğv edilib.