Qar voleybolu üzrə Azərbaycan çempionatına start verilib

Allsport.az xəbər verir ki, ölkəmizdə ilk dəfə keçirilən yarışda 4 qadın (“Azərreyl”, “Murov Az Terminal”, “Gəncə”, U-21), 4 kişi (“Azərreyl”, “Murov Az Terminal”, “Gənclər”, U-21) komandası çempionluq uğrunda mübarizə aparır. “Şahdağ” turizm mərkəzində təşkil olunan yarışın ilk günü 8 oyun baş tutub.
Sabah çempionatda 3-cü turun qarşılaşmalar ardınca isə final və üçüncü yer uğrunda oyunlar keçiriləcək. Final qarşılaşmalarından sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.
Çempionat dairəvi sistem üzrə keçirilir. Yekun nəticəyə əsasən ilk iki pillənin sahibləri çempionluq, 3-4-cü yerləri tutacaq komandalar isə üçüncülük uğrunda oynayacaq.

25 yanvar
Qadınlar
“Azərreyl” – U-21 2:0 (15:7, 15:4)
“Murov Az Terminal” – “Gəncə” 2:0 (16:14, 15:13)
“Azərreyl” – “Murov Az Terminal” 2:0 (15:10, 15:9)
“Gəncə” – U-21 2:1 (13:15, 15:12, 15:7)
Kişilər
“Azərreyl” – “Gənclər” 2:0 (15:3, 15:6)
“Murov Az Terminal” – U-21 2:1 (15:7, 12:15, 15:6)
“Azərreyl” – “Murov Az Terminal” 2:1 (9:15, 15:10, 15:11)
U-21 – “Gənclər” 2:0 (15:6, 15:6)

Həmin kateqoriyadan