- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
Azərbaycan millisinin və “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadə ilə bağlı yeni iddia yayılıb.
Allsport.az xəbər verir ki, İngiltərə I Liqa təmsilçisi “Sanderlend” Mustafazadəni transfer etməkdə israrlıdır. “Qara pişiklər”in qışda almaq istədiyi beş futbolçudan biri 22 yaşlı müdafiəçidir.
Adı dəqiqləşən digər oyunçu isə “Mançester Yunayted”in üzvü Ceyms Qarnerdir. Komandanın baş məşqçisi Fil Parkinson qışda yeni futbolçular alınacağını açıqlayıb.
“Sanderlend” İngiltərə I Liqasında (səviyyəcə 3-cü divizion) çıxış edir.
Daha öncə Bəhlul ölkə xaricində oynamaq arzusunda olduğunu demişdi.
Gənc müdafiəçi yayda “Qəbələ”dən “Sabah”a keçib.