- Baxış sayı: 31
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 207
- Fevral 04, 2026
- 0

“Araz-Naxçıvan” heyətini daha bir futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, müxtəlif illərdə 17, 19, 21 yaşadək, eləcə də əsas millidə çıxış edən Qara Qarayev mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Futbolçu ilə bu gün rəsmi müqavilə imzalanıb və o, heyət üzvlərinə təqdim olunub.
32 yaşlı yarımmüdafiəçi 2009-2023-cü illərdə “Qarabağ”ın, 2023-2024-cü illər mövsümündə isə “Neftçi”nin heyətində yer alıb. Futbolçu 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.