- Baxış sayı: 60
- 03 Fevral 2026 19:20
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0
Avropa Liqasının 3-cü təsnifat mərhələsində Fransanın “Lill” klubu ilə qarşılaşacaq “Qəbələ” ilk matçın hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, iyulun 21-də Bakıda Macarıstanın MTK klubuna qarşı keçirilən cavab görüşünün (2:0) ardından, bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” məşqlərini iyulun 23-də bərpa ediblər.
Bakıda baş tutan çalışmada futbolçular fiziki hazırlıq üzərində çalışıblar. Komanda növbəti hazırlığını dünən gerçəkləşdirib. Günün ikinci yarısına təsadüf edən hazırlıq toplu çalışmalardan ibarət olub.
Xatırladaq ki, 3-cü ələmənin ilk oyunları çərçivəsində keçiriləcək “Lill” – “Qəbələ” görüşü, klubun adıçı daşıyan şəhərinin “Stad Pyer Morua” stadionunda baş tutacaq. İyulun 28-dəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.