- Baxış sayı: 47
- 06 Fevral 2026 23:16
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Avropa liqasının “E” qrupunda “Qarabağ”la İngiltərənin “Arsenal” klubu arasında oyunun hakimləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, oktyabrın 4-də Bakı olimpiya stadionunda 20:55-də başlayacaq görüşü İtaliyadan olan hakimlər dəstəsi idarə edəcək.
Matçın baş referisi Davide Massa olacaq. Ona yan xətlərdə Filippo Meli və Alessandro Kostanso kömək edəcəklər. Daniele Doveri ilə Mixael Fabbri qapılar yanında dayanacaqlar. Fabiano Preti 6-cı hakim funksiyasını yerinə yetirəcək.