- Baxış sayı: 20
- 05 Dekabr 2025 15:59
- Baxış sayı: 77
- Dekabr 05, 2025
- 0

Çempionlar liqasının əsas mərhələsinin II turunda “Qarabağ” – “Kopenhagen” oyunu öncəsi azarkeşləri xüsusi sürpriz gözləyir.
Allsport.az saytı xəbər verir ki, matçdan əvvəl Qarabağ atları stadionun ətrafında dövrə vuraraq tribunadakı azarkeşlərə unudulmaz anlar yaşadacaq. Bu ənənəvi rəmz klubun adını və Qarabağ ruhunu azarkeşlərə daha yaxından çatdırmaq məqsədi daşıyır.
Dövrə stadionunun atletika zolağında 19:35-də start götürəcək və azarkeşlərimiz üçün əsl motivasiya mənbəyinə çevriləcək.