- Baxış sayı: 145
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 145
- Dekabr 05, 2025
- 0

“Qarabağ” avrokuboklarda 100-cü qolunu vurub. Allsport.az saytı xəbər verir ki, bu, Ağdam klubunun çempionlar liqasının ilk təsnifatında Albaniya çempionu “Partizani” ilə cavab matçına təsadüf edib.
“Köhlən atlılar”ın 2:0 qazandığı qarşılaşmada hesabı açan Filip Ozobiç 99-cu qolun müəllifi olubsa, 100-cü qolun sevincini Dani Kintana yaşayıb. Özü də o, bu topu meydana çıxandan dərhal sonra vurub.
Səfərdə “Partizani”ylə qolsuz heç-heçəyə razılaşan “Qarabağ” bu qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.