“Qarabağ Azərbaycandır” turnirinin püşkü atıldı

Azərbaycan idman jurnalistləri federasiyasının təşkil etdiyi “Qarabağ Azərbaycandır” turnirinin püşkü atılıb. Allsport.az xəbər verir ki, 8 komanda 2 qrupa bölünüb.

“A” qrupunda “Cəbrayıl”, “Laçın” “Füzuli” və “Qubadlı”, “B” qrupunda isə “Kəlbəcər”, “Ağdam”, “Şuşa” və “Zəngilan” kollektivləri yer alıb.

Turnirə iyunun 11-də “Cəbrayıl” – “Qubadlı” və “Kəlbəcər” – “Zəngilan” matçları ilə start veriləcək. Saat 11:00-da isə açılış mərasimi baş tutacaq. Görüşlər Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının stadionunda keçiriləcək.

Yarımfinallar iyunun 19-da, həlledici oyunlar isə 26 İyun – Azərbaycan Respublikası silahlı qüvvələri günündə olacaq.

Qrupların tərkibi və turnirin təqvimi

“A” qrupu: “Cəbrayıl”, “Laçın” “Füzuli”, “Qubadlı”
“B” qrupu: “Kəlbəcər”, “Ağdam”, “Şuşa”, “Zəngilan”

I tur
11 iyun (cümə)
10:00. “Cəbrayıl” – “Qubadlı”, “Kəlbəcər” – “Zəngilan”
12:00. “Laçın” – “Füzuli”, “Ağdam” – “Şuşa”

II tur
13 iyun (bazar)
10:00. “Cəbrayıl” – “Füzuli”, “Laçın” – “Qubadlı”
11:00. “Kəlbəcər” – “Şuşa”, “Ağdam” – “Zəngilan”

III tur
15 iyun (çərşənbə)
10:00. “Cəbrayıl” – “Laçın”, “Füzuli” – “Qubadlı”
11:00. “Kəlbəcər” – “Ağdam”, “Şuşa” – “Zəngilan”

Yarımfinallar
19 iyun (şənbə)
10:00. “A” qrupunun 1-cisi – “B” qrupunun 2-cisi
11:00. “B” qrupunun 1-cisi – “A” qrupunun 2-cisi

Həlledici oyunlar
26 iyun (şənbə)
10:00. Üçüncü yer uğrunda qarşılaşma

11:00. Final
12:00. Mükafatlandırma mərasimi.

Həmin kateqoriyadan