- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qarabağ” Çempionlar Liqasının 3-cü ələməsində Çex Respublikasının “Viktoriya” klubuna qarşı keçirəcəyi səfər oyunu öncəsi bəyanat yayıb. Allsport.az saytı xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:
“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə Çex Respublikasının “Viktoriya” klubu ilə qarşılaşacaq. Ötən turda “Düdelanj”la matçda teleyayım olmadığına görə klubumuz təşəbbüsü üzərinə götürərək qarşılaşmanı “youtube” kanalımızla canlı yayımlamışdı. Lakin bu qarşılaşmada teleyayım olacağına görə, “youtube” kanalımızla matçı canlı yayımlamağa rəqib komanda icazə verməyəcək. Hazırda oyunun canlı yayımlanması ilə bağlı heç bir telekanalımız təşəbbüs göstərmir.
“Viktoriya” klubundan verilən məlumata görə, Azərbaycandan yayımın icrası ilə bağlı heç bir televiziya kanalından təklif alınmayıb”.