- Baxış sayı: 38
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 209
- Fevral 04, 2026
- 0

Avropa liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Braqa” matçının təyinatları açıqlanıb.
Allsport.az xəbər verir ki, qarşılaşmanı Bolqarıstandan olan hakimlər idarə edəcək.
Görüşün baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritov və Diyan Valkov kömək edəcəklər. 4-cü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək. Matçda VAR İvaylo Stoyanov, AVAR isə Draqomir Draqanov olacaq. Görüşdə hakim-inspektor vəzifəsini Petteri Kari (Finlandiya) icra edəcək.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.