- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Napoli”nin baş məşqçisi Antonio Konte çempionlar liqasının V turunda “Qarabağ”la keçiriləcək oyundan öncə mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis komandasından qələbə gözlədiyini bildirib: “Sabah əfsanəvi futbolçumuz Dieqo Armando Maradonanın ildönümüdür. “Qarabağ” üzərində qələbəni ona həsr etmək istəyirik.
Rəqib bu mövsümün tapıntısıdır. Onlar “Benfika”nı məğlub ediblər, “Çelsi” ilə isə bərabərə qalıblar. Heyətlərində keyfiyyətli legionçular var. Oyunun əvvəlindən diqqətli olmalıyıq, çünki onlar matçlarına yüksək templə başlayırlar”.
“Napoli” – “Qarabağ” matçı sabah “Diego Armando Maradona” stadionunda saat 00:00-da start götürəcək.