- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Qarabağ” – Peşəkar futbol liqasına (PFL) müraciət edib. Allsport.az saytı xəbər verir ki,Ağdam klubu çempionlar liqasının əsas mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandası ilə oyuna daha yaxşı hazırlaşmaq məqsədilə premyer liqasının X turunun “İmişli” ilə səfər görüşünün yerinin dəyişdirilməsini istəyib.
“Qarabağ”ın rəsmi müraciətini, bölgə klubunun razılığını nəzərə alan PFL Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib. Beləliklə, X turda komandalar “Azərsun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək.
Oktyabrın 30-da matç saat 17:00-da start götürəcək. XX turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.