- Baxış sayı: 10
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

5 noyabrda “Qarabağ” futbol klubu çempionlar liqasının əsas mərhələsinin IV turunda Tofiq Bəhramov adına respublika stadionda İngiltərənin köklü komandası “Çelsi” ilə 2:2 edib. Allsport.az saytı xəbər verir ki, hesabda geri düşən “kəhər atlar” sonradan geridönüş edərək durumu 2:1 xeyrinə dəyişib. “Zadəganlar” 53-cü dəqiqədə hesabda tarazlıq yarada biliblər. Son dəqiqədə meydan sahiblərinin təhlkəli hücumu bəxtsiz halda qapıçının qarşısında bitib.
Bu heç-heçə, Azərbaycan təmsilçilərinin avrokuboklarda rəsmi oyunlarda İngiltərə klublarından qazandığı ilk xal kimi tarixə düşüb. Hazırda 7 xalı olan “Qarabağ” 15-ci yerdədir. İlk 24-lük növbəti mərhələyə adlayacaq. Azərbaycan tağımının uğuru yurd dışını aşıb. Daiç ölkə futboluna diqqət göstərən məşhur iordaniyalı karikaturaçı Ömər Mömini (Omar Momani) dünən öz Feysbuk hesabında bununla bağlı yeni əsər yaradıb və belə bir yazı paylaşıb: “Qarabağ” – “Çelsi”yə qarşı cəsarət, güc və əzmkarlıq nümayiş etdirdi! Və bu heç-heçə qələbə kimi hiss olundu!