- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

UEFA gənclər liqasının əsas mərhələsində IV turun matçları keçirilir.
Allsport.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandası ikinci ev oyununa çıxıb.
Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv “Çelsi” ilə üz-üzə gəlib. Görüş “Azersun Arena”da baş tutub. Matç İngiltərə klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ” növbəti oyununu noyabrın 25-də İtaliyada “Napoli”yə qarşı keçirəcək.