“Qarabağ” ÇL-yə 24 futbolçu ilə gedir

“Qarabağ” çempionlar liqasının əsas mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Allsport.az xəbər verir ki, 8 turdan ibarət mərhələ üçün sifariş vərəqində 24 futbolçu yer alıb.

Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 99. Mateuş Koxalski;

Müdafiəçilər: 2. Mateus Silva, 3. Sami Mmae, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 30. Abbas Hüseynov, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 6. Kris Kuaku, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 17. Kamilo Duran, 27. Toral Bayramov, 42. Hikmət Cəbraılzadə;

Hücumçular: 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.

“Qarabağ” əsas mərhələdə “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland) və “Kopenhagen”lə (Danimarka) evdə qarşılaşacaq. 

Həmin kateqoriyadan