- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2014-cü ilin yekunlarına əsasən klubların reytinq siyahısını dərc edib. Allsport.az xəbər verir ki, dünyanın 100 ən yaxşı klubu siyahısına Azərbaycan çempionu “Qarabağ”ın da adı düşüb.
Ağdam klubu 138,00 xal ilə siyahının 78-ci pilləsində qərarlaşıb. Azərbaycanın reytinq cədvəlindəki digər təmsilçisi “İnter” isə 95,50 xalla 178-ci sırada yer alıb.
Reytinq siyahısının ilk 20 pilləsində isə aşağıdakı komandalar qərarlaşıblar:
1. “Real” (İspaniya) – 381,00 xal
2. “Bavariya” (Almaniya) – 276,00
3. “Atletiko” (Madrid, İspaniya) – 267,00
4. “Barselona” (İspaniya) – 251,00
5. “Atletiko” (Nasyonal, Kolumbiya) – 249,50
6. “Yuventus” (İtaliya) – 245,00
7. “Arsenal” (İngiltərə) – 233,00
7. “Napoli” (İtaliya) – 233,00
9. “River Pleyt” (Argentina) – 228,00
9. “Zalsburq” (Avstriya) – 228,00
11. “Çelsi” (İngiltərə) – 227,00
12. “Benfika” (Portuqaliya) – 223,50
13. PSJ (Fransa) – 223,00
14. “Kruzeyro” (Braziliya) – 219,00
15. “Portu” (Portuqaliya) – 217,5)
16. “Atletiko” (Mineyro, Braziliya) – 208,00
17. “Styaua” (Rumıniya) – 205,00
18. “San Lorenso” (Argentina) – 204,00
19. “Sparta” (Çexiya) – 202,50
20. “Sevilya” (İspaniya) – 202,00