- Baxış sayı: 25
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

“Çelsi”nin baş məşqçisi Enso Mareska çempionlar liqasında “Qarabağ”la oyundan əvvəl mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis oyunun vacibliyini qeyd edib:
“Bu, vacib oyundur. Qələbə seriyamızı üçə çatdıra bilərik. Çətin qrafikimiz var, amma əlimizdən gələni edəcəyik. Rəqibimiz “Benfika”, “Kopenhagen”i məğlub ediblər, “Atletik Bilbao”ya qarşı yaxşı oynayıblar.
Onlar 17 ildir eyni məşqçi ilə işləyir. Mən heç vaxt belə bir şey görməmişəm. Evdə isə daha güclü oynayırlar. Məsələ oyunun favoriti olmaqda deyil, oyunun detallarına necə yanaşmağımızdadır”.