“Qarabağ” evdə Lüksemburq klubuna qalib gəldi

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib. Allsport.az saytı xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində Azərbaycanı son çempionu “Qarabağ” startda Lüksemburq “Düdelanj” klubu ilə qarşılaşıb.

Son iki mövsümdə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan Qurban Qurbanovun komandası qonaqların qapısından 2 cavabsız top keçirib. Qolların hər ikisini Ricard Almeyda vurub.

O, 10-cu dəqiqədə 11-metrlik cərimə zərbəsi və 27-ci dəqiqədə gözəl vuruşla fərqlənib. Bu qəqiblər 1 həftə sonra Lüksenburqda görüşəcəklər.

 

Həmin kateqoriyadan