“Qarabağ” ilk qələbəsini “Anderlext” üzərində qazandı!

Bu gün Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qarabağ”da qrupdakı növbəti oyununa çıxıb.

Ağdam klubu doğma meydanda Belçika “Anderlext”i ilə qarşılaşıb. İlk turda İngiltərə “Tottenhem”inə uduzmuş Qurban Qurbanovun komandası həmin məğlubiyyəti mütləq unutdurmağa çalışmalıydı. Xoşbəxtlikdən, Qurban Qurbanovun komandası bu matçdan minimal hesablı qələbə ilə ayrılmağa nail olub.

Təmsilçiimizin yer aldığı qrupda bu gün həmçinin Fransa “Monako”su İngiltərə “Tottenhem”i ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşün 35-ci dəqiqəsində Erik Lamelanın qolu ilə hesabda önə keçən qonaqlar 81-ci dəqiqədə Stefan Əl Şəravinin cavab qoluna üzülüblər. Nəticədə, bu qarşılaşma 1:1 hesabıyla bitib.

UEFA Avropa Liqası
J qrupu
2-ci tur
1 oktyabr

“Qarabağ” – “Anderlext” – 1:0 (1:0)
Qol: R.Almeyda, 36 (1:0).
Sarı vərəqə: S.Defur, 74.
Baş hakim: Oliver Draxta (Avstriya).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana (91. Coşqun Diniyev, 68), 20. Riçard Almeyda, 67. Əlhərbi Əl Jadeyui (32. Elvin Yunuszadə, 77), 9. Reynaldo, 90. Samuel Armenteros (22. Əfran İsmayılov, 61).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 8. Mişel, 29. Raydell Pupon.
Baş məşqçi: Qurban Qurbanov.
“Anderlext”: 1. Silvio Proto (k), 3. Olivye Deşaxt, 37. İvan Obradoviç (18. Frank Aşemponq, 65), 4. Serin Mbodji, 7. Endi Najar, 10. Dennis Praet (9. Matias Suares, 72), 16. Stiven Defur, 30. Giyom Jile (31. Yuri Tilemans, 72), 32. Linder Dendonker, İmoh Ezekiel, 99. Stefano Okaka.
Ehtiyat oyunçular: 33. Davi Roef, 14. Bram Naytink, 17. İbrahima Konte, 26. İdrissa Silla.
Baş məşqçi: Besnik Hasi.

Həmin kateqoriyadan