- Baxış sayı: 61
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 130
- Dekabr 05, 2025
- 0
“Qarabağ” Londona yola düşüb. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Tottenhem”in qonağı olacaq Ağdam klubu birbaşa İngiltərənin paytaxtına uçub. 18:00-da yola düşən “Qarabağ”ın yolçuluğunun təxminən 5 saat yarım olması gözlənilir.
Sabah komandamız oyunun keçiriləcəyi “Uayt Hart Leyn” stadionunda yerli vaxtla 19:00-da məşqə çıxacaq. Buna qədər isə baş məşqçi Qurban Qurbanov və bir futbolçumuz meda mənsublarının suallarını cavablandıracaq.
Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 17-də keçiriləcək və saat 00:05-də (18-inə keçən gecə) start götürəcək.