- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin “Yanq Boyz” klubunun qonağı olacaq “Qarabağ” artıq Berndədir. Allsport.az xəbər verir ki, ötən gün çarter reysi ilə səfərə yollanan Ağdam təmsilçisi təxminən 5 saatlıq yolçuluqdan sonra İsveçrə paytaxtına çatıb.
Baş məşqçi Qurban Qurbanov bu gün Berndə oyunun keçiriləcəyi arenada mətbuat konfransı keçirəcək, eləcə də futbolçularını son məşqə çıxaracaq.
Qeyd edək ki, “Yanq Boyz” – “Qarabağ” matçı avqustun 20-də keçiriləcək və saat 23:00-da start götürəcək.