- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Qarabağ” çempionlar liqasının V turunda İtaliyada “Napoli” ilə qarşılaşıb.
Allsport.az xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 66-cı dəqiqədə Skott Maktominey açıb. 7 dəqiqə sonra isə Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç avtoqol müəllifi olub.
Xallarının sayını 7-yə çatdıran son İtaliya çempionu 18-ci sıraya yüksəlib. “Qarabağ” eyni xalla 16-cı pillədə qərarlaşıb.