- Baxış sayı: 44
- 30 Mart 2026 14:48
- Baxış sayı: 552
- Mart 30, 2026
- 0

Bu gün konfrans liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.
Allsport.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası Qazaxıstanda “Kayrat”ın qonağı olacaq.
Bakıda keçirilən görüşdə əzmkar qələbə (2:1) qazanan Ağdam təmsilçisi səfərdən də yaxşı nəticə ilə qayıtmaq niyyətindədir. “Qarabağ” bu gün pley-offa vəsiqəni də təmin edə bilər. Bunun üçün təmsilçimiz qalib gəlməli, həmçinin “Bazel” səfərdə “Omoniya”ya uduzmamalıdır. Bu nəticələr qeydə alınsa, “Qarabağ” kimi 7 xalı olan “Bazel” də pley-offa yüksələcək.
4 noyabr
Konfrans liqası
“H” qrupu, 4-cü tur
19:30. “Kayrat” (Qazaxıstan) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Dumitri Muntean (Moldova)
Almatı. Mərkəzi arena