- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 254
- Mart 05, 2026
- 0

“Turan Tovuz”un baş məşqçisi Qurban Berdıyev premyer liqanın VIII turunda “Qarabağ”a 1:2 hesabı ilə məğlub olduqdan sonra mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, türkmən mütəxəssis görüş barədə bunu deyib:
“Düşünürəm ki, hər iki komanda yaxşı oyun göstərdi. Təəssüflər olsun ki, ikinci hissənin ilk dəqiqələrində iki qol buraxdıq. “Qarabağ” kimi rəqibə qarşı oynamaq çətindir. Onlara çempionlar liqasında uğurlar arzulayıram”.