- Baxış sayı: 145
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 145
- Dekabr 05, 2025
- 0

Bu gün “Qarabağ” çempionlar liqasının 3-cü ələməsində Nikosiyada APOEL ilə üz-üzə gəlib. Allsport.az saytı xəbər verir ki, ilk yarı qolsuz bitib.
Növbəti yarıda üstün oyun nümayiş etdirən “köhlən atlılar” əks-hücumlarda 2 qol vurublar. 54-cü dəqiqədə Mahir Əmrəli, bundan 15 dəqiqə sonra meydana yeni girən Maqaye Qeye debütdə fərqləniblər. Ev sahibləri hakimin əlavə etdiyi 90+4-cü dəqiqədə qoldan birinin əvəzini çıxıb.
Cavab oyunu 1 həftə sonra Tofiq Bəhramov adına respublika stadionunda olacaq. Qalib komanda pley-ofda PAOK (Yunanıstan) – “Ayaks” (Niderland ) cütünün qalibi ilə qarşılaşacaq.