- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İsveçdə hər keçən gün qətl hadisələri, kriminal hadisələrin sayı durmadan artır. Allsport.az saytının məlumatına görə, kriminal qruplaşmalar arasında müharibə hər keçən ay daha dəhşətli nəticələrə səbəb olur. Vəziyyət o həddə çatıb ki, sadəcə, sentyabr ayı 12 odlu silahla qətl hadisəsi yaşanıb. Son cinayətdə patrlayıcı maddədən istifadə edilib. Cinayətkar qruplaşmaların ən məşhuru və təhlükəlisi kürd əsilli Rava Məcidin adı ilə bilinir.
İsveçdə ilin əvvəlindən 39 nəfər odlu silahdan açılan atəşin qurbanı olub. Kriminal qruplaşmaların böyük şəhərlərdə həddindən artıq güclənmiş olması və cinayətlərin qarşısının alınmaz həddə çatması səbəbiylə müxalifət – Sosial Demokrat Partiyası ordudan istifadə edilməsini təklif edib. İqtidar da ordunun mafiyaya qarşı tədbirlərdə iştirak etməsində fayda görür. Hər keçən gün küçələrdə, fərqli nöqtələrdə polis kameraları yerləşdirilir. Çox deyil, 5-10 il əvvəl bu ölkədə kameraya rastlamaq nadir hadisə sayıla bilərdi.
İndi isə bu qorxu dolu mafiyalararası müharibənin “Qarabağ”ın avroliqanın 2-ci turunda rəqibi ilə əlaqəsini öyrənək. Skandinaviya ölkəsinin 4 böyük şəhəri kriminal rayonları ilə tanınır. Paytaxt Stokholmda Rinkebü, Malmö şəhərində Rossenqord, Örebroda Vivalla, Göteborq isə Hissingenlə məşhurdur. Adı 2-ci çəkilən rayon Zlatan İbrahimoviç kimi futbolçunun yetişdiyi ərazidir. Polisin yerli SVT kanalına verdiyi reportajda, “Hakken”in rayonu Hissingendə 300 kriminalla əlaqəsi olan şəxsin bütün hərəkətləri və hər addımı nəzarətdə saxlanılır. Bir sözlə, “köhlən atlar” 5 oktyabrda Avro liqasında növbəti oyununu təhlükəli bir rayonun təmsilçisinə qarşı keçirəcək.
Ayrıca Qarabağda ərazi bütövlüyümüzün yenidən təsis edildiyi bu günlərdə təssüflə qeyd etmək lazımdır ki, İsveç mətbuatı Azərbaycanın haqlı olaraq gücdən istifadə edərək bölgəyə əmin-amanlıq gətirməsinə tək tərəfli və hətta həqiqətdən uzaq xəbərlər yaymaqda davam edir. TT xəbər agentliyi bir çox halda mənbə olaraq göstərilir. Həm TT, həm başqa media organları ciddiyyət naminə bir çox hallarda Lund universitetinin ekspertlərinin fikirlərini yayımlayır.
Adlarının önündə “professor”, “doktor” yazılan bu şəxslərin söylədiyi fikirlər, sadəcə, 3,5 milyon oxucusu olan yerli “Aftonbladet” qəzetində dərc edilməsi, Azərbaycan əleyhinə fikir formalaşdırmağa yetir. Türkiyə haqqında daim fikri soruşulan şəxs kürd əsilli Kurdo Baksidir. Lund universitetində çalışan bu yazıçının qardaş ölkə haqqında ağ yalan söyləməkdən əsla çəkinmir. İndi dəyərli oxucular düşünsün, sabah kriminal bir rayonun təmsilçisin dəstəkləməyə gələnlər Azərbaycan və “Qarabağ” haqqında nələr fikirləşirlər…
Mansur DADAŞOV, İsveç