- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0
“Qarabağ”ın qitə liqasının pley-off mərhələsində Şimali İrlandiyanın “Linfild” klubuna qarşı cavab oyununa təyinatlar açıqlanıb. Allsport.az saytı xəbər verir ki, UEFA bu qarşılaşmanı Rusiyadan olan hakimlərə tapşırıb.
Baş referi Sergey İvanovdur. Ona yan xətt hakimləri Roman Usaçovla Valeri Dançenko kömək edəcəklər. 4-cü hakim funksiyasını Sergey Lapoçkin yerinə yetirəcək.
Xatırladaq ki, “köhlət atlılar” səfərdə 2:3 məğlub olub. Avqustun 29-da paytaxtda, Tofiq Bəhramov adına respublika stadionunda cavab matçı saat 21:00-da başlayacaq.