- Baxış sayı: 55
- 03 Fevral 2026 19:20
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

Azərbaycan çempionu “Qarabağ”la Fransa “Monako”su arasında keçiriləcək qarşılaşmanın biletləri satışa çıxır. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup məhələsinin 4-cü turu çərçivəsində Fransa təmsilçisini qəbul edəcək Ağdam klubu doğma divarlar arasında ikinci oyununa çıxır.
Biletlər bazar ertəsi – noyabrın 2-də səhər saat 10:00-dan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarında satışa çıxarılır. Biletlər nömrəli sektorlar üzrə 1,2,3,5,10 və 20 AZN-dir. VİP 50 AZN-dir.
“Qarabağ” klubu azarkeşlərdən xahiş edir ki, biletləri sadəcə, kassalardan məhz göstərilmiş qiymətlərlə alasınız. Biletlər məhz kassalarda qeyd olunmuş qiymətlərlə satılır.