- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələlərinin püşkü atılıb. Allsport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ” da rəqibini tanıyıb.
Azərbaycan çempionu mübarizəyə ikinci təsnifat mərhələsindən start verəcək. Komandamız püşk zamanı səpələnmişlər səbətində yer almışdı. Bu üzdən Ağdam klubunun ilk rəqibi komandanın dişinə görə sayıla bilər.
UEFA iştirakçı komandaları reytinqlərinə uyğun qruplara da ayırmışdı. Ağdam klubu aşağıdakı beş komandadan biri ilə qarşılaşa bilərdi:
“Sarayevo” (Bosniya və Herseqovina), “Astana” (Qazaxıstan), “Rudar” (Çernoqoriya), “Vardar” (Makedoniya), “Hibernians” (Malta).
Püşkatma nəticəsində Azərbaycan çempionu Çernoqoriya təmsilçisi “Rudar”a rəqib olub. Təmsilçimiz ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirməlidir.
Daha öncə “Qarabağ”ın potensial rəqiblərinin tam siyahısı belə idi:
“Ventspils” (Latviya), “Dila” (Gürcüstan), “Trençin” (Sloveniya), “Jalgiris” (Litva), “Astana” (Qazaxıstan), “Milsami” (Moldova), “Vardar” (Makedoniya), “Styarnan” (İslandiya), “Fola” (Lüksemburq), “Dandalk” (İrlandiya), “Hibernians” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Rudar” (Çernoqoriya), eləcə də birinci təsnifat mərhələsinin dörd qalibi:
ÇL-in birinci təsnifat mərhələsində mübarizə aparacaq potensial rəqiblər isə bunlardır:
Səpələnmişlər: “Nyu-Seynts” (Uels), “Levadiya” (Estoniya), “Pünik” (Ermənistan), “Santa Koloma” (Andorra);
Səpələnməmişlər: “Kruseyders” (Şimali İrlandiya), “Torshavn” (Farer adaları), “Linkoln Red İmps” (Cəbəllütariq), “Folqore” (San-Marino).
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin oyunları 14/15 və 21/22 iyul tarixlərində keçiriləcək.