- Baxış sayı: 27
- 31 Mart 2026 17:12
- Baxış sayı: 707
- Mart 30, 2026
- 0

Çempionlar liqasının 1-ci təsnifatının cavab oyununda “Qarabağ” – “Partizani” (Albaniya) matçının hakimləri bilinib.
Allsport.az saytı xəbər verir ki, görüşü moldovalılar idarə edəcək. Baş hakim Dumitru Munteandır. Ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcəklər. 4-cü hakim funksiyasını Aleksandru Tean yerinə yetirəcək.
“Qarabağ” – “Partizani” oyunu iyulun 17-də “Dalğa Arena”da keçiriləcək. Komandalar arasında keçirilən ilk görüş qolsuz bərabərliklə başa çatıb.
Xatırladaq ki, görüş iyulun 17-də “Dalğa arena”da saat 21:00-dabaşlayacaq. Tiranada ilk oyun 0:0 nəticələnib.