- Baxış sayı: 16
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Qarabağ” çempionlar liqasının pley-off mərhələsinə yüksəlib. Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi buna III təsnifat mərhələsində Bakıda “Şkendiya”nı darmadağın edərək nail olub.
İlk oyunda Şimali Makedoniyada minimal hesablı qələbə qazanan Qurban Qurbanovun komandası cavab görüşündə 5:1 hesablı qalibiyyətə sevinib.
“Köhlən atlar”dan Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35 – pen.) və Leandro Andrade (59) fərqləniblər. Klisman Tsake isə 16-c dəqiqədə topu öz qapısına göndərib.
“Qarabağ” pley-offda “Ludoqorets” – “Ferençvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.