- Baxış sayı: 23
- 24 Noyabr 2024 17:35
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
“Qarabağ” akademiyasının komandaları beynəlxalq səfərlərə yollanacaq.
Allsport.az xəbər verir ki, “Qarabağ”ın iki komandası Türkiyəyə, ikisi Qətərə gedir. U-9 və U-14 Türkiyənin Antalya şəhərində təşkil olunacaq “Junior vörld cup”da mübarizəyə başlayıb. Turnir mayın 17-19-da keçiriləcək.
U-9-un rəqibləri arasında “Fateh Qaragümrük”, “Antalyaspor”, “Beşikdaş” və “Paxtakor” (Özbəkistan) kimi komandalar olacaq. U-14 isə “Antalyaspor”, “Oina” (Qazaxıstan), “Sabah”, “Dinamo” (Batumi, Gürcüstan) və digər rəqiblərlə mübarizə aparacaq.
U-15 və U-17 isə Qətərdə təşkil olunacaq “Aspire Academy Friendly Series”də iştirak edəcək. Akademiyanın meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyevin başçılıq etdiyi səfər çərçivəsində komandalar iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Bu matçlar ayın 19-da və 21-də baş tutacaq. Bununla da “Qarabağ” akademiyasının mövsüm ərzindəki beynəlxalq səfərlərinin sayı 8-ə çatacaq.