- Baxış sayı: 4
- 10 Mart 2026 19:57
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

“Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək xeyriyyə oyununun hakimləri müəyyənləşib.
Allsport.az xəbər verir ki, martın 26-da saat 20:00-da Bakı olimpiya stadionunda oynanılacaq matçın baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq. Zeynal Zeynalov və Akif Əmirəli köməkçi hakimlərdir. 4-cü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
Cavid Cəlilov və Müslüm Əliyev VAR hakimləri olacaqlar.